“Google” şirkəti işçilərinə koronavirus səbəbindən tətbiq olunan, qlobal karantin zamanı məşhurlaşan “Zoom” tətbiqinin istifadəsini qadağan edib.
İnsider.az xəbər verir ki, bu barədə “The İndependent” xəbər yayıb.
“Zoom”un təhlükəli ola biləcəyi aşkarlanandan sonra şirkət iş kompüterlərində tətbiqdən imtina edib.
“Google” “Zoom” tətbiqində zəifliklərinin olması ilə bağlı xəbərlərdən narahatdır; fərdi söhbətlər dələduzların əlinə keçə və intenetdə yayıla bilər. Tətbiqin quraşdırılmasına qadağa qoyulmasına baxmayaraq, internet nəhənginin işçiləri xidmətin mobil və veb versiyasından istifadəyə davam edə bilirlər.
Aprelin 4-də “YouTube” və “Vimeo” videohostinqlərində “Zoom”da edilən həm şəxsi, həm korporativ söhbətlər, iş konfransları, xüsusən də müəssisələrin maliyyə hesabatları daxil olmaqla minlərlə söhbətlər yayımlanıb. Bundan əlavə, ibtidai məktəbdə dərslərin videoları uşaqların üzləri, səsləri və şəxsi məlumatları görüntülənərək yayılıb. Eyni zamanda, həkimlərin danışdığı xəstələrin adları və telefon nömrələri də yayılıb.
Mütəxəssislər daha öncə “Zoom”un təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdilər. Xüsusilə, “Windows” əməliyyat sistemində kibercinayətkarlar tərəfindən istifadəçi məlumatlarını oğurlamaq üçün istifadə edilə bilən zəiflik aşkar edilib.
CBS-in məlumatına görə, bir çox “Zoom” istifadəçisi özəl danışıqlarına daxil olan kənar şəxslərin qurbanı olub.