zoom-un-rubluk-gelirleri-ilk-defe-1-milyard-dollardan-coxdur

Zoom-un rüblük gəlirləri ilk dəfə 1 milyard dollardan çoxdur

Amerikanın "Zoom Video Communications" şirkətinin cari ilin ikinci rübündə gəlirləri ilk dəfə 1 milyard dolları keçib.

Bu barədə bazar ertəsi videokonfrans xidmətinin saytında dərc edilmiş press -relizdə deyilir.

Zoom qurucusu Eric Yuan, "2021 -ci ilin ikinci rübündə, rüblük gəlirimiz ilk dəfə olaraq güclü gəlirlilik ilə 1 milyard dollara çatdı" deyib.

Xidmətin gəlirinin bir əvvəlki ilə nisbətən 54% artdığı bildirilir.

Eyni zamanda, "Wall Street Journal", şirkətin maliyyə nəticələrinin yavaşlama əlamətləri göstərdiyini yazıb. Qəzetin yazdığına görə, düzəliş edilmiş mənfəət proqnozu gözləniləndən aşağıdır.

Üz-üzə görüşmək imkanları artdıqca kiçik müəssisələr bu xidmətdən daha az istifadə etməyə başlayacaqlar. Zoom səhmləri bazar ertəsi ticarətin bağlanmasından sonra 12% ucuzlaşıb.

Marja