Facebook şirkətinin Baş direktoru Mark Zukerberg, şirkətin istifadəçi təhlükəsizliyi yerinə mənfəəti artırmağı seçdiyinə dair iddiaları rədd etdi.
Facebook Inc. şirkətinin Baş direktoru Mark Zukerberg, şirkəti haqqında son vaxtlar ortaya çıxan bir sıra mənfi xəbərə dair ilk dəfə danışıb.
Zukerberg, istifadəçi təhlükəsizliyi yerinə şirkət mənfəətini artırmağı seçdiyi barədə ittihamların "doğru olmadığını" söyləyib.
Zuckerberg işçilərinə yazdığı və ictimaiyyətə də açıqladığı məktubunda, "İşlərimizi və davranışlarımızı səhv tanıdan xəbərləri qəbul etməyimiz çətindir. Böyük hissəmizin də şirkətimiz haqqında çəkilən bu səhv "şəkili" qəbul etməyəcəyini düşünürəm", - deyib.
Bu şərh, şirkətin məlumatlarını mətbuata sızdıran keçmiş işçi Frances Haugenin Senatda şirkətdəki təcrübəsi və daxili araşdırmasına dair verdiyi ifadədə, Facebook-un prioritetinin mənfəət olduğunu söyləməsindən qısa bir müddət sonra verilib. Haugen Bazar günü CBS-in "60 Minutes" proqramına çıxaraq, Facebookun, mənfəəti istifadəçi təhlükəsizliyindən öndə saxlayan qərarlar qəbul etdiyini söyləmişdi.
Marja