abs-ticaret-terefdaslarini-cezalandiracaq

ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

ABŞ-ın Ticarət naziri Uilbur Ross (Wilbur Louis Ross) ABŞ-ın dollara nisbətdə milli valyutanı qəsdən dəyərdən salan ölkələrə qarşı əlavə rüsumların tətbiq olunacağını bəyan edib.

İnsider.az xəbər verir ki, nazirin bəyanatı CNBC-də dərc olunub.

Amerikalı nazirin fikrincə, bu üsul ABŞ tərəfdaşlarına Vaşinqtonun “vicdansız” ticarətdən dəyən iqtisadi zərərin yerini doldurmağın yollarını axtardığını nümayiş etdirəcək.

“Xarici dövlətlər daha amerikalı işçilərə və müəssisələrə ziyan vuran valyuta siyasəti yürüdə bilməyəcək”, - deyə U.Ross bildirib.

Ticarət Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə milli valyuta məzənnəsi ilə manipulyasiya edən ölkələrin müəyyən edilməsi üçün müvafiq meyarlar təsbit olunacaq.

©Oxu.Az