alibaba-yemek-sifarisi-ucun-yeni-tetbiq-teqdim-edib

“Alibaba” yemək sifarişi üçün yeni tətbiq təqdim edib

“Alibaba” şirkəti onun “AliOS” əməliyyat sistemi əsasında çalışan avtomobilləri üçün “asanlaşdırılmış” tətbiqlər hazırlayır.

İnsider.azTechCrunch”-a istinadla xəbər verir ki, bu tətbiqlər vasitəsilə sürücülər restoran tapa, masa bron və yemək sifariş edə bilərlər.

Tətbiqlər “AliPay” messenceri daxilində çalışacaq. İstifadəçilər onları səsləri, hərəkətləri və ya toxunmaları ilə idarə edə biləcəklər. Kənar tərtibatçılar da “AliOS” avtomobil əməliyyat sistemi üçün tətbiqləri buraxa bilər.

“Alibaba” servislərinin işə salınma tarixi məlum deyil. Qeyd olunur ki, şirkətin fəallığı avtomobil əməliyyat sistemləri bazarında gedən rəqabətin artmasından xəbər verir.

Samirə Məmmədova