android-ucun-olan-shazam-qulaqciqlardaki-musiqini-mueyyen-etmeyi-oyrenib

“Android” üçün olan “Shazam” qulaqcıqlardakı musiqini müəyyən etməyi öyrənib

Real dünyada çalınan musiqini asanlıqla identifikləşdirən populyar “Shazam” mobil tətbiqi faydalı xüsusiyyətlə tamamlanıb – artıq “Shazam” qulaqcıqlarınızdakı musiqini də təyin edə bilir. Yəni tətbiq digər tətbiqlərin səs axınını tuta bilir. İnsider.az bu barədə “Planet Today” resursuna istinadla xəbər verir.

Yeni funksiya “Pop-up Shazam” adlanır və hələ ki, ancaq “Android” platformasında olan cihaz istifadəçiləri üçün əlçatandır.

“iOS” üçün də belə versiyanın çıxıb-çıxmayacağı naməlumdur.

“Pop-up Shazam”ı aktivləşdirmək üçün displeyin yuxarı hissəsinə çıxan xüsusi bildirişə toxunmaq lazımdır – yerdə qalanı proqram özü edəcək.

Qeyd edək ki, “Pop-up Shazam” funksiyasını söndürmək də olar. Onda ekrana çıxan bildiriş itəcək və diqqətinizi yayındırmayacaq.

Samirə Məmmədova