avropa-ittifaqi-azerbaycanla-bagli-layihelere-600-min-avro-ayirib

Avropa İttifaqı Azərbaycanla bağlı layihələrə 600 min avro ayırıb

“Avropa İttifaqı (Aİ) 2011-ci ildən bu yana Azərbaycanla əməkdaşlıq layihələrinə 600 min avro məbləğində vəsait ayırıb”.

İnsider.az-ın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti deyib.

O qeyd edib ki, Aİ-Azərbaycan arasında bu il keçirilən biznes forumunda vergi, gömrük və təhsil sistemində islahatların keçirilməsi təklif olunub.

© Apa.az