azerbaycanda-kommunal-qurumlarla-vetendaslar-arasinda-muqavileler-blockchain-uzerinden-baglanacaq

Azərbaycanda kommunal qurumlarla vətəndaşlar arasında müqavilələr "blockchain" üzərindən bağlanacaq

Azərbaycanda kommunal qurumlarla vətəndaşlar arasında bağlanan müqavilələr “blockchain” texnologiyası üzərindən həyata keçiriləcək. 

İnsider.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.

Onun sözlərinə görə, layihə Ədliyyə Nazirliyi tərəfindən “Asan xidmət”lə birgə icra edilir. 

“Hazırda layihənin icrası ilə bağlı nazirlik tərəfindən hazırlıq işləri aparılır. Söhbət kommunal sahədə SMART-kontraktların tətbiqindən gedir. Layihənin geniş təqdimatı gözlənilir”, - deyə O. Gündüz bildirir.

©Apa