dovlet-komitesi-oten-ili-zererle-basa-vurub

Dövlət Komitəsi ötən ili zərərlə başa vurub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci ili 170 min manat zərərlə başa vurub.

İnsider.az xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatından məlum olur.

Sənədə əsasən, ötən il Komitə 5 milyon 536 min manat gəlir əldə edib. Bu gəlirin 5 milyon 334 min manatı qeyri-birja əməliyyatlarından, 2 min manatı isə sair əməliyyatlardan əldə olunub. Birja əməliyyatlarından isə gəlir olmayıb.

Hesabat dövründə isə qurumun xərcləri 5 milyon 706 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 1 milyon 510 min manat, sərf edilmiş materialların dəyəri üzrə xərcləri 92 min manat, amortizasiya xərcləri 341 min manat, sair əməliyyat xərcləri 3 milyon 764 min manat təşkil edib. 

© Report