dunyada-ekser-teskilatlar-kiberhucumlara-qarsi-hazir-deyil

Dünyada əksər təşkilatlar kiberhücumlara qarşı hazır deyil

“IBM Resilient” və “Ponemon Institute” təşkilatların kiberhücumlara qarşı davamlılığı ilə bağlı “Cyber Resilient Organization” dördüncü illik tədqiqatları zamanı aydınlaşdırıb ki, dünyanın müxtəlif ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatların 77%-nin vahid reaksiya planı yoxdur. Planı olan firmaların 50%-dən çoxu (54%) isə müntəzəm olaraq təhlükəsizlik testləri keçirmir.

Tədqiqatların keçirildiyi illərdə vəziyyət cüzi dəyişib. 2016-cı ildən etibarən hücumlara hazırlıq səviyyəsi 1%-dək dəyişilib.

İnsider.az xəbər verir ki, yoxlanılmış şirkətlərin əksəriyyətində kiberhücumlara qarşı müdafiə planı üzrə məsuliyyət daşıyan mütəxəssislərin çatışmazlığı aşkar edilib. İnformasiya təhlükəsizliyi bölməsi əməkdaşlarının mükəmməl və real sayı arasındakı fərq orta hesabla 10-20-yə bərabərdir.

İnformasiya texnologiyaları sahəsində işləyən mütəxəssislərin 75%-i bildirib ki, bu sahədə ixtisaslaşmış əməkdaşları tapıb saxlamaq son dərəcə çətindir.

Şirkətlərin 46%-i 2018-ci il mayın 25-də qüvvəyə minmiş məlumatlar təhlükəsizliyi üzrə ümumi reqlament (GDPR) qanununun tələblərinə riayət etməyiblər.

©“ICTnews”