ekspertizadan-1-milyon-manat-qazanib

Ekspertizadan 1 milyon manat qazanıb

İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2018-ci ili 1 milyon 12 min manat mənfəətlə başa vurub.

İnsider.az xəbər verir ki, 2018-ci ildə dövlət şirkəti 3 milyon 565 min manat gəlir əldə edib. Onun xərcləri isə 2 milyon 553 min manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 311 min manat, işçi heyəti üzrə xərcləri 1 milyon 512 min manat, amortizasiya xərcləri 141 min manat, digər əməliyyat xərcləri 141 min manat, sair əməliyyat xərcləri isə 448 min mana təşkil edib. 

© Report