elektrik-enerjisi-istehsal-ede-bilen-teker-hazirlandi

Elektrik enerjisi istehsal edə bilən təkər hazırlandı

Yapon tədqiqatçıları elektrik enerjisi istehsal edə biləcək bir avtomobil təkəri istehsal ediblər.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki,yapon təkər şirkəti "Sumitomo" Kansai Universitetinin tədqiqatçıları ilə birlikdə elektrik enerjisi istehsal edə bilən avtomobil təkəri hazırlayıblar.

Avtomobil şinləri nəqliyyat vasitəsinin əyləci sürətləndikdə və ya çuxurdan keçəndə daim dəyişir və sürtünmə meydana gəlir. Şirkətdən verilən açıqlamaya görə rezinin elektrik verə bilməsi üçün hazırlana cihaz şinin daxili hissəsinə yerləşdirilir və sürtünmə olduğu zaman elektrik istehsal edir.

Hazırlanmış cihaz gözlədiyiniz qədər elektrik enerjisi vermədiyi üçün heç bir elektrikli avtomobilin batareyasını doldura bilmir. Ancaq gələcəkdə bu texnologiya təkərlərdən asanlıqla məlumat toplaya və sürücülərə ötürə bilər. Məsələn, cihaz təkərlərdəki hər hansı bir problemi aşkarlayaraq sürücünün ekranına göndərib sürücülərə xəbərdarlıq edə bilər.

Nübar Lətifli