facebook-londonda-yeni-muhendis-merkezi-acir

“Facebook” Londonda yeni mühəndis mərkəzi açır

Dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook” Londonda mühəndis mərkəzi açır. Mərkəz öz saytının zərər daşıyan kontentindən müdafiəyə yönəlmiş texniki alətlər yaradacaq. İnsider.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə rəhbərliyi iyunun 12-i elan verib.

Şirkətin bəyanatında deyilir ki, 2019-cu ilin sonuna doğru yeni mərkəzdə 500-dən çox yeni, o cümlədən süni intellekt sahəsindəki tərtibatlarla bağlı 100 iş yeri açılacaq.

Yeni əməkdaşların əksəriyyəti bir sıra problemlərin, o cümlədən şəxsi təhlükəsizlik, spam və qısnama problemlərinin həlli ilə məşğul olacaq kollektivin “həmrəyliyinin” təminatı şöbəsində çalışacaq. Yeni şöbənin öhdəliklərindən biri zərərli kontentin, saxta hesabların aşkar edilməsi və aradan qaldırılması üçün süni intellektin qabaqcıl proqram təminatının, sistemlərinin yaradılması olacaq.

Samirə Məmmədova