Aprelin 14-ü “Facebook”, “Whatsapp” və “İnstagram”-da kütləvi problem yaşanıb.
İnsider.az “Downdetector.com”-a istinadla bildirir ki, problem Bakı saatı ilə 15:00 radələrində başlayıb.
Servisin xəritəsinə nəzər saldıqda məlum olur ki, ən çox nasazlıq Avropa, Malayziya və ABŞ-ın sağ sahilində müşahidə edilib.
“Facebook”-la bağlı problem barədə 9 mindən çox istifadəçi xəbər verib.
“The Verge”-ün məlumatına görə, “Facebook Messenger”-də də nasazlıq yaşanıb.
Xatırladaq ki, sosial şəbəkə tarixində belə irimiqyaslı problem daha öncə martın 13-ü yaranmışdı.
Samirə Məmmədova