ilon-maskin-the-boring-company-si-48-7-milyon-dollarliq-ilk-kommersiya-muqavilesini-elde-edib

İlon Maskın “The Boring Company”-si 48,7 milyon dollarlıq ilk kommersiya müqaviləsini əldə edib

İlon Maskın “The Boring Company” şirkəti öz ilk kommersiya layihəsini əldə edib. Şirkət Las-Veqasda insanların daşınması üçün 48,7 milyon dollara yeraltı sistem tikəcək. İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.

Şirkətlə müqaviləni konfranslar, sərgilər, konsertlər və digər tədbirlərin keçirildiyi “Las Vegas Convention Center” (LVCC) kompleksi bağlayıb. “LVCC” genişlənməyə davam edir. Yeni obyektlərin tikintisi “CES 2021” sərgisinə qədər bitməlidir. Bundan sonra “LVCC”-nin müxtəlif qurtaracaqları arasındakı məsafə 3 km-dən çox olacaq.

Maskın şirkəti kompleksin daxilində “LVCC” ziyarətçilərin hərəkət etməsilə bağlı problemi həll etməlidir. “The Boring Company” bir neçə sərgi zalını birləşdirəcək tunellər tikəcək.

Sərnişinləri tunellər üzrə “Tesla Model 3” və “Model X” platformasında yaradılmış və içinə 16-ya qədər sərnişin sığa biləcək pilotsuz nəqliyyat daşıyacaq. Şirkət həmçinin binalardan biri və parklanma yeri arasında piyada tuneli, sərnişinlərin giriş-çıxışı üçün üç stansiya və lift sistemləri inşa edəcək. Kompleksin ziyarətçiləri nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

“LVCC” layihənin icrası boyu, mərhələli şəkildə “The Boring Company”-yə pul ödəyəcək. Ödənişin 100%-ni almaq üçün şirkət ilk olaraq saatda 4400 sərnişinin tuneldən keçmə qabiliyyətini təmin etməlidir.

“The Boring Company” tikintini sentyabrda başlamalıdır. Layihə 2020-ci ilin dekabrına qədər hazır olmalıdır.

Samirə Məmmədova