kralicanin-yasadigi-villa-satisa-cixarilib-foto

Kraliçanın yaşadığı villa satışa çıxarılıb - FOTO

İngiltərə kraliçası II Yelizaveta Maltadakı keçmiş evi olan “Villa Guardamangia”nı satışa çıxarıb. 

İnsider.az “The Telegraph” agentliyinə istinadla xəbər verir ki, villaya 6 milyon avro (12 milyon manat - red.) qiymət qoyulub. 

Paytaxt Valetta yaxınlığında yerləşən villada kraliça həyat yoldaşı şahzadə Filipp Malta dəniz donanmasında xidmət edərkən - 1949-1951-ci illərdə yaşayıb. 

Kraliça buradan köçdükdən sonra isə ümumi sahəsi 1560 kvadrat metr olan villa baxımsız vəziyyətə düşüb. 

II Yelizaveta 2015-ci ildə Maltaya səfəri zamanı bu evin onun üçün hər zaman özəl qalacağını bildirib.

©oxu.az