microsoft-excel-e-real-zamanda-sehm-ve-valyutalarin-kotirovkalarini-elave-edib

“Microsoft” “Excel”-ə real zamanda səhm və valyutaların kotirovkalarını əlavə edib

“Microsoft” “Excel”-də birja və maliyyə bazarları məlumatlarının emalı üçün “NASDAQ” birjası və “Refinitiv” maliyyə verilənlərinin təchizatçısı ilə saziş bağlayıb. İnsider.az bu barədə "Microsoft"-un səhifəsinə istinadla yazır.

Artıq istifadəçilər səhmlər barədə verilənləri cədvəldəki xanalarda istifadə edə və onları düsturlara yerləşdirə bilərlər.

Əlaçatan parametrlər arasında yenilənən dəyər olaraq 52 həftəlik minimum və maksimum qiymətin rəqəm və faiz nisbətində dəyişikliyi, kapitallaşma və digər indekslər var.

“Səhmlər” aləti həmçinin bitkoin kursunu, istiqrazları, valyutaları, şirkətin fəaliyyəti barədə məlumatı, pay investisiya fondlarını və digər indeksləri dəstəkləyir. Artıq hər kəs dərhal cədvəllərdə öz aktivlərini izləyə bilər.

“Microsoft” hesab edir ki, maliyyə məlumatına sadə giriş öz maliyyə portfelinin dəyişikliklərini daha operativ izləməyə verməyə imkan verəcək və ilk başlayan investorlar üçün bazara çıxışı asanlaşdıracaq. Həmçinin şirkət “Səhmlər” alətilə iş öyrədən şablon və qısa təlimatı dərc edib.

Alət bütün “Office 365” istifadəçilərinə əlçatandır.

Samirə Məmmədova