mudirinizin-sizi-isden-cixarmaq-istediyi-vaxt-isletdiyi-3-ifade

Müdirinizin sizi işdən çıxarmaq istədiyi vaxt işlətdiyi 3 ifadə

"İşdən çıxarılma" göz yaşı, qışqırıq və telefon gurultusunun dramatik səhnələrinə səbəb ola bilər.

Lakin menecment üzrə bestsellerin müəllifi Süzi Uelş deyir ki, bir çox real həyatdakı xitamların TV-də olanlarla heç bir əlaqəsi yoxdur. 

Uelş xəbərdar edir ki, əgər rəhbəriniz tərəfindən aşağıdakı ifadələrdən biri istifadə olunursa, demək ki, sizi işdən azad edə bilərlər.

1. "Siz onu yazılı şəkildə edə bilərsinizmi?"

Sizdən nəyinsə yazılı şəkildə edilməsi xahiş olunursa, bu, artıq "qırmızı siqnal"-dır ki, rəhbəriniz işdən çıxarılmanız üçün lazım olan bütün materialları toplayır.

"Rəhbərliyiniz sizdən nəyinsə sənədləşdirilməsini istədiyi dəqiqələrdə onlar xitam prossesinizi asanlaşdırmaq üçün qovluğunuzu doldururlar", - Süzi bildirir.

2. "Düşünürəm, HR buna qoşulmalıdır."

Əgər HR (Human Resurs (İnsan Resursları) təmsilçisinin hansısa hadisənin həlli üçün iştirakı lazım olarsa, Uelşin sözlərinə görə, siz şirkətdəki vəziyyətinizə görə "çox qorxmalısınız". 

3. “Uyğunlaşa bilmirsiniz.”

Bugün şirkətlər sadəcə öz işini görməyi bacaran istedadlı işçilər axtarmır. Onlar həmçinin təşkilatın missiyası, mədəniyyəti və dəyərləri ilə uyğunlaşa bilən əməkdaş axtarışındadır. Məhz buna görə də Uelş deyir ki, şirkətdəki yararlığınız barədə istənilən söhbətə müdiriniz tərəfindən istənilmədiyinizə dəlalət edən siqnal kimi baxılmalıdır.

Əslində isə Süzi izah edir ki, "uyğun gələ bilməməyiniz" başqa yolla "siz burada çoxlu münaqişələrə səbəb olursunuz", yaxud daha açıq söylənsə "insanlar sadəcə sizinlə işləmək istəmir" deməkdir.