qeyri-adi-selfi-airselfie-2-video

Qeyri-adi selfi: "Airselfie-2" - VİDEO

İnsanın gün ərzində neçə dəfə telefonuna baxdığı, neçə dəfə özçəkim etdiyi haqqında statistikaya nəzər salsaq təəccüblənərik. Ön kamerada istifadə sayı o qədər çoxalıb ki, istehsalçılar ondan imtina etməyi belə düşünmürlər, hətta əksinə çərçivəsiz ekran və kamera üçün yeni həllər tapmaq üçün canfəşanlıq edirlər. Çünki bu kameradan imtina etmək müştəri itirmək deməkdir. 

Adi özçəkimlər zamanı ya əlinizin uzandığı və ya özçəkim-çubuğunun imkan verdiyi məsafədə şəkil çəkə bilərsiniz. Bu zaman arxa plan görüntüsü məhdud olması ilə yanaşı, bəzən kadra hamını yerləşdirmək də mümkün olmur. 

Amma özçəkimi smartfonsuz da edə bilən cihaz var. Bu cib dronu “Airselfie2”-dir. Cihazın özəlliklərini əks etdirən videonu sizə təqdim edirik.

Səbinə Səmidxan