resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin avqust ayının 2-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi  avqustun 1-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8839 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0264 manata düşüb.

1 türk lirəsi isə 0,3034 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Avqustun 1-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8788 manata, 1 rubl 0,0267 manata, 1 türk lirəsi isə 0,3050 manata bərabər idi.