saglamliga-deriye-berkidilen-datcikler-vasitesile-nezaret-edilecek

Sağlamlığa dəriyə bərkidilən datçiklər vasitəsilə nəzarət ediləcək

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin köməyi ilə fizioloji siqnalların aşkar edilməsi üzrə yeni üsul işləyib hazırlayıblar. Həmin datçiklər geyimə bərkidilmiş qəbulediciyə məlumat ötürür. Beləliklə, istifadəçilər öz sağlamlıq vəziyyətinə daim nəzarət imkanına yiyələnəcəklər.

İnsider.az xəbər verir ki, tədqiqatçılar yeni texnologiyanı nümayiş etdirmək üçün datçikləri istifadəçilərin bilək və qarın nahiyəsinə yapışdırıblar: onlar insanın nəbzinə və nəfəsinə nəzarət ediblər, hər bir ürək döyüntüsü  və ya nəfəs alma vaxtı dərilərinin necə dartılıb yığılmasını müəyyənləşdiriblər. Eynilə insanın dirsək və dizlərinə yapışdırılmış datçiklər əl və ayaqların hərəkətini izləyir.
 
Kimya professoru Çjenan Bao hesab edir ki, “BodyNet” adlandırılmış sözügedən texnologiya tibb müəssisələrində aktiv istifadə olunacaq. O, yuxu pozğunluğu və ya ürək xəstəliyindən əziyyət çəkən pasiyentlərin monitorinqində faydalı olacaq.

© ICTnews