tramp-fransadan-gelen-seraba-rusum-tetbiq-etmekle-hedeliyb

Tramp Fransadan gələn şəraba rüsum tətbiq etməklə hədəliyb

ABŞ prezidenti Donald Tramp Amerika şərabının ədalətsiz rəqabətin qurbanı olduğunu hesab etdiyi üçün, ölkəyə idxal olunan fransız şərabına mövcud rüsumu artırmağa eyham edib. İnsider.az bu barədə “L’Obs” resursuna istinadla xəbər verir.

“Fransa şərablara böyük vergi tətbiq edir, biz isə fransız şərabına görə olduqca az (vergi) götürürük”, - Tramp qeyd edir.

Bununla belə, ABŞ lideri etiraf edib ki, fransız şərabının keyfiyyəti əladır.

Qeyd edək ki, ABŞ tərəfinin tətbiq etdiyi rüsumlar şərab növü və tərkibindəki spirtdən asılı olaraq, bir şüşəsinə görə 5,3-dən 14,9 sentə qədər dəyişir, Avropada isə bu rüsumlar 11-dən 29 sentədək təşkil edir.

Samirə Məmmədova