whatsapp-kutlevi-ismaris-yollama-muelliflerile-mehkemede-cekisecek

“WhatsApp” kütləvi ismarış yollama müəlliflərilə məhkəmədə çəkişəcək

“WhatsApp” messencerin “özəl xasiyyətini” vurğulayaraq, servisi avtomatlaşdırılmış və ya kütləvi ismarış yollaması üçün istifadə edən və istifadə qaydalarını pozanlara qarşı məhkəmə davası ilə hədələyib.

İnsider.az bu barədə messencerin saytına istinadla xəbər verir.

“2019-cu ilin dekabrın 7-dən başlayaraq, “WhatsApp”, fikrimizcə, xidmət göstərilməsi şərtlərini pozan, yaxud digər şəxslərin sui-istifadə hallarına kömək edənlərə qarşı hüquqi tədbirlər götürəcək”, — deyə messencerin saytında bildirilir.

Şirkətdən vurğulayıblar ki, qayda pozuntularının sübutlarını “fərdi platformadan kənarda da” axtaracaqlar. Söhbət, misal üçün, şirkətlərin messenceri ismarış yollama üçün istifadə etmək imkanı barədə ictimai bəyanatları haqda gedir. “WhatsApp”-dan qeyd edilənə görə, indiki zamana artıq qaydaları pozan sahiblərin “milyonlarla hesabları” aşkar edilib və bloklanıb.

Samirə Məmmədova