whatsapp-messencerinde-istifadeciler-cezalandirila-biler

“WhatsApp” messencerində istifadəçilər cəzalandırıla bilər

“WhatsApp” messencerindən istifadə qaydalarının pozulmasına görə istifadəçilər məhkəmə qarşısına çıxarıla bilər. Bu haqda messencerin rəsmi saytında məlumat verilib.

İnsider.az xəbər verir ki, yenilik 2019-cu il dekabrın 7-dən qüvvəyə minəcək.

Avtomatlaşdırılmış və ya kütləvi mesaj göndərilməsi, proqramdan şəxsi məqsədlər naminə istifadə edilməsi pozulmuş qaydalar siyahısına daxildir. Tərtibatçılar, həmçinin bildiriblər ki, istifadə qaydalarını pozanlarla mübarizədə texniki üsullardan da istifadə ediləcək.

©“ICTnews”