windows-10-da-zeiflik-askarlanib

“Windows 10”-da zəiflik aşkarlanıb

“Kasperski Laboratoriyası” “Windows 10”-un növbəti zəifliyini aşkar edib. Bu zəiflik cinayətkarlara kompüter üzərində nəzarəti əldə etməyə imkan yaradır.

Bu barədə İnsider.az “RİA Novosti”-yə istinadla məlumat verir.

Şirkət artıq “Microsoft”-u tapılmış zəiflik barədə xəbərdar edib.

Sındırılma üçün cinayətkarlar bəkdordan (desktopun uzaqdan idarə olunması üçün viruslar növü) istifadə edirlər. İlk öncə cihazda “.exe” formatında fayl işə salınır, daha sonra isə zərərverici proqram təminatı quraşdırılır. Yəni fayl gizlicə yüklənə bilər.

Bu virus “Windows PowerShell”-in legitim komponenti üzərində işlənilib. Bunun sayəsində cinayətkarlar standart qoruma mexanizmlərindən yan keçə bilirlər.

Samirə Məmmədova