wordpress-problemi-bir-sira-xarici-kiv-saytlarinda-dibcek-sekli-peyda-olub

“WordPress” problemi – bir sıra xarici KİV saytlarında dibçək şəkli peyda olub

Sayt yaradılması üçün olan “WordPress” sistemindəki problemə görə bir sıra iri nəşriyyatlar öz tərtibatını itirib.

İnsider.az-ın məlumatına görə, bu problemə “Gizmodo” diqqət yetirib.

Bəzi saytlarda firma verstkası (frontend olunma) əvəzinə standart “Wordpress VIP Go” mövzusu əks olunur, onların baş səhifələrindəki əsas yeri isə dibçəkdəki gül şəkli tutur.

Problem “TechCrunch”, “9to5Google”, “9to5Mac”, “Elektrek”, “DroneDJ”, “Rolling Stone”, “Quartz” və “BBC America” portallarına toxunub.

Deyilənə görə, “WordPress”-də problemə fikir verilib və artıq onun aradan qaldırılmasına başlanılıb. Saytların yarısı öz standart tərtibatını geri qaytarıb.