hebs-edilen-azarkeslerle-bagli-aciqlama-yayildi

Həbs edilən azarkeşlərlə bağlı açıqlama yayıldı

“Neftçi” ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

Açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən, həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Oxu.Az