Yaponiya oktyabrda İsrailə hücumla bağlı radikal HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd Deif və onun müavini Mərvan İsanın adları var.
Yaponiya, aşkar edilərsə, aktivlərin dondurulması da daxil olmaqla, onlara qarşı bir sıra tədbirlər görəcək.
Oxu.Az