azerbaycanin-qaz-ixracindan-gelirleri-keskin-artib

Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb

2019-cu ilin yanvar-aprel dövründə Azərbaycandan 5 milyard 679 milyon dollar dəyərində 12 milyon 62 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac olunub.

İnsider.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında verilən məlumata görə, ilk 4 ay ərzində 637 milyon 955 min dollar dəyərində 4 milyard 40 milyon kub metr təbii qaz ixrac edilib.

2018-ci ilin yanvar-aprel dövründə 4 milyard 631 milyon dollar dəyərində 9 milyon 339 min ton neft nam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, 342 milyon 922 min dollar dəyərində 1 milyard 893 milyon kub metr təbii qaz ixrac edilmişdi.