cinin-en-elverisli-isguzar-iqlimi-olan-seherlerinin-top-10-lugu

Çinin ən əlverişli işgüzar iqlimi olan şəhərlərinin Top-10-luğu 

“China Strategic Culture Promotion Association”, “China Economic Media Association”, “WANB Institute и YICAI Research Institute” ekspertləri tərəfindən maraqlı bir araşdırma aparılıb. Belə ki, bu qurumların ekspertləri Çinin ən əlverişli işgüzar iqlimi olan şəhərlərinin Top-10-luğunu hazırlayıblar.

Tədqiqat çərçivəsində çin şəhərləri texnoloji yeniliklər, maliyyələşdirmə, insan resursu, mədəniyyət, resurslara girişin olması və infrastruktur kimi parametrlərə görə qiymətləndiriliblər.

İnsider.az həmin tədqiqatın nəticələrini təqdim edir:

10. Sian

Sian Çinin mühüm tarixi və mədəni mərkəzlərindən biridir, o, Çin tarixində 13 dövlətin paytaxtı olub.

Son illərdə Sian vacib mədəni, təhsil və sənayə mərkəzinə çevrilib.

Sian Çinin təhsil mərkəzi kimi məşhurdur. Ali təhsil müəssisələrinin sayına görə o, Pekin və Şanxaydan sonra ölkədə üçüncü yeri tutur.

9. Çendu

Çendu iqtisadiyyat, ticarət, maliyyə, elm və texnikanın iri mərkəzi, həmçinin nəqliyyat və rabitənin vacib mərkəzidir. İqtisadiyyatda sənaye əsas rol oynayır.

Çenduda sənayenin əsas sahələri texnika, avadanlıq, qida məhsulları, dərmanların istehsalı və İT sahələri əhatə edir.

Bu sahələrə "Chengdu Sugar and Wine Co. Ltd.", "Chengdu Food Group", "Sichuan Medicine Co. Ltd.", "Chengdu Automobile Co. Ltd." və s. kimi iri müəssisələr daxildir.

8. Tyantszin

Tyantszin  ÇXR-nın vacib sənaye bazasıdır. Əsas sənaye növləri neft-kimya, tekstil sənayesi, maşınqayırma, avtomobil texniki məhsullarının istehsalı və metal emalıdır.

Şəhər bələdiyyəsinin ərazisində təqribən 1 milyard tona qədər neft ehtiyatı yerləşir. Əsas yataqlar Dadan rayonundadır.

7. Xançjou

Xançjou da həmçinin iri sənaye mərkəzi, minlərlə çin şirkətlərinin olduğu şəhər sayılır.

Burada soyuducudan başlayaraq, maşın, avadanlıq və digərlərinə kimi bir çox məhsullar istehsal olunur.

Şəhər müasir hava limanına malikdir, buradan Cənub-Şərqi Asiyanın demək olar ki, istənilən iri şəhərinə uçmaq mümkündür.

6. Uxan

Uxan ÇXR-nın Xubey əyalətində alt-əyalət mahiyyətli bir şəhərdir, o, Xubey əyalətinin administartiv mərkəzi və Mərkəzi Çinin ən sıx əhalili şəhəridir.

Şəhər tikinti bumu yaşayır. Ən hündür binası 68 mərtəbəli "Minsheng Bank Building" göydələni sayılır, hal-hazırda Çində ən hündür 5 göydələndən biri olacaq 125 mərtəbəli “Wuhan Greenland Center” adlı göydələn inşa olunur.

5. Nankin

Nankin Çinin keçmiş paytaxtı, Yanszı çayının ayağında liman, Szyansu əyalətinin paytaxtıdır.

Şəhərdə aşağıdakı sahələr inkişaf edib: dəzgahqayırma, turbinqayırma, elektron radio apparaturasının, yük avtomobillərinin istehsalı, metallurgiya, kimya sənayesi (əsasən də kimyəvi gübrələrin sintetik liflərin istehsalı), sement, tekstil və yeyinti sənayesi.

Nankin vacib nəqliyyat nöqtəsidir: bu, dəniz gəmiləri üçün əlçatan olan çay limanıdır, Nankinin sərhədi daxilində Yanszıdan 5 ədəd körpü (bir ədəd iki yaruslu dəmiryol/avtomobil, bir ədəd dəmiryol və üç ədəd avtomobil yolu), həmçinin Yanszısın altından avtomobil tuneli yerləşir.

4. Quançjou

Quançjou ipək, pambıq, cut, ramid və həmçinin süni liflərdən məhsul hazırlayan dünyaca məşhur yüngül sənaye mərkəzidir.

Quançjouda təqribən yüzə yaxın müxtəlif növ malların topdan satış bazarları və yüz minə qədər sənaye müəssisələri, fabrik, zavodlar (gəmiqayırma, maşınqayırma, tekstil və yeyinti sənayesi üçün avadanlıq istehsalı üzrə, qəzet kağızı, şəkər-parça qənd, xırda məişət texnikası, şin, velosipedlər, idman avadanlıqları, çini qablar, sement və kimyəvi maddələr, elektron komponentlər).

3. Şençjen

Şençjen Çin Xalq Respublikasının cənubunda Quandun əyalətində alt-əyalət mahiyyətli bir şəhərdir, Honkonq ilə həmsərhəddir.

Şençjen Çinin dinamik şəkildə inkişaf edən şəhərlərindən biridir, ölkənin rəqabətə davamlı şəhərləri arasında dördüncü yeri tutur, çin şəhərləri arasında ixracın həcminə görə ən iri şəhər sayılır və investisiya, yeni texnologiya və biznesin aparlması mədəniyyətinin cəlb olunmasında özünəməxsus şəkildə qapı rolunu oynayır.

2. Pekin

Pekin Çin Xalq Respublikasının mərkəzi tabeçiliyinin paytaxtı və şəhərlərindən biridir.

Bu ölkənin ən iri dəmiryol və avtomobil və əsas hava qovşağıdır.

Bundan başqa Pekin ÇXR-nın siyasi, təhsil və mədəni mərkəzidir, eyni zamanda əsas iqtisadi mərkəzlər Şanxay və Honkonq hesab olunurlar.

Bununla birgə son zamanlar öz üzərinə daha çox sahibkar fəaliyyətinin hərəkətverici qüvvəsi kimi və innovativ müəssisələrinin yaradılması üçün əsas sahə kimi çıxış etməyi götürür.

1. Şanxay

Şanxay əhali sayına görə Çində və dünyada ən iri şəhərdir.

ÇXR mərkəzi tabeçiliyinin dörd şəhərindən biri, ölkənin vacib maliyyə və mədəni mərkəzi, həmçinin dünyada ən iri dəniz limanıdır.

Samirə Məmmədova